Bakıda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
















