• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

HADİSƏ

17 Noyabr 2022 | 09:37

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

Noyabrın 16-sı saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bakıvaxtı.az xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR