• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İl ərzində baş verən yanğınların sayı

HADİSƏ

16 Dekabr 2022 | 17:40

İl ərzində baş verən yanğınların sayı

Bu il respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb: "Hər gün orta hesabla 48 yanğına çıxış qeydə alınıb. Meşə sahələrində 44 yanğın hadisəsi baş verib. Pambıq sahə və məntəqələrində 19 yanğın zamanı cəmi 3 ton pambıq yanıb, 452 ton pambıq yanğından mühafizə olunub.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1169 nəfər təhlükəsiz əraziyə təxliyə edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026