• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda iki yerdə yol ÇÖKDÜ

HADİSƏ

09 Aprel 2021 | 11:25

Bakıda iki yerdə yol ÇÖKDÜ

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal sözügedən ərazilərə Agentliyin əməkdaşları cəlb edilib.

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.


Bakıda iki yerdə yol ÇÖKDÜBakıda iki yerdə yol ÇÖKDÜBakıda iki yerdə yol ÇÖKDÜBakıda iki yerdə yol ÇÖKDÜ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR