Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “İstanbul” hotelində baş verib. Qadın tanışı ilə hotelə gələn Göyçay rayon sakini, 1983-ci il təvəllüdlü İ.Məmmədov gecə saat 03 radələrində qəfil ölüb. Onun infarkt səbəbindən vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo















