• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda küçədə qumbara tapıldı 

HADİSƏ

11 Iyun 2021 | 19:27

Bakıda küçədə qumbara tapıldı

Bakıda küçədə qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026