• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı 

CƏMİYYƏT

13 Iyul 2021 | 11:56

Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı

Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakıvaxtı.az-a verilən məlumata əsəsən, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 12 iyul tarixində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026