• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qaxda ağır qəza: 5 nəfər yaralandı

CƏMİYYƏT

11 Avqust 2021 | 22:43 | Müəllif: Subhan Mahmudov

Qaxda ağır qəza: 5 nəfər yaralandı

Qax rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istiandən məlumatına görə, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı mikroavtobus yol kənarında dayanmış "Mersedes" markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb.

Qəza zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanaya daxil olan 4 nəfər Gəncə sakini ambulator müalicə üçün evə buraxılıb. Mikroavtobusun sürücüsü olan Şəki sakini Kamran adlı şəxs isə hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026