• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

CƏMİYYƏT

12 Avqust 2021 | 10:17

Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Bu gün saat 11:00-dan məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) məktəb seçimi edə bilərlər.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026