• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

COVID-19 virusu bir sıra səthlərdə uzun müddət yaşaya bilir

CƏMİYYƏT

10 Sentyabr 2021 | 23:55 | Müəllif: Subhan Mahmudov

COVID-19 virusu bir sıra səthlərdə uzun müddət yaşaya bilir

Avstraliya alimlərinin araşdırmalarına görə, yeni növ koronavirus (COVID-19) virusu bir sıra səthlər üzərində uzun müddət qalır.

Bakıvaxtı.az bildirir ki, həkim-dermatoloq Sevinc Kərimova azərtaca-a deyib: "Koronavirus tam hamar, şüşə səthlərdə, mobil telefonların ekranında 20 dərəcə temperaturda 28 günə qədər, pul əskinasları üzərində 20 dərəcə temperaturda 9 günə qədər, pambıq səthlər üzərində 30 dərəcə temperaturda 30 günə qədər yaşaya bilir".

Onun dediyinə görə, gigiyena qaydalarına mütləq əməl edilməlidir: "İlk növbədə əllərin gigiyenası gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə etdikdə, bank, ofis və digər müəssisələrə gedib gələndə qapı və dəstəklərə toxunulduğuna görə, xüsusilə əllərin gigiyenasına ciddi şəkildə qorunmalıdır. Əllər ilıq su altında sabunlanmalı, gün ərzində ən çox istifadə edilən telefon, açar və digər əşyaların səthləri vaxtaşırı dezinfeksiya olunmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR