• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda silah-sursat aşkarlandı - VİDEO

CƏMİYYƏT

23 Dekabr 2023 | 11:37 | Müəllif: Subhan Mahmudov

Bakıda silah-sursat aşkarlandı - VİDEO

Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 2 ədəd G-303-CSS tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026