• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ABŞ təşkilatı prezident seçkilərində "exit-poll" keçirəcək

CƏMİYYƏT

22 Yanvar 2024 | 11:14

ABŞ təşkilatı prezident seçkilərində "exit-poll" keçirəcək

ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində "exit-poll" keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ORACLE ADVİSORY GROUP”un tərəfdaşı Vlada Galan keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, təşkilat son illərdə 5 qitədə, 15 ölkədə və 24 səsvermədə fəaliyyət göstərib.

"Böyük fəxrlə deyə bilərəm ki, Azərbaycanda keçiriləcək seçki bizim iştirak etdiyimiz 25-ci qlobal səsvermə olacaq. Həmçinin bu, Azərbaycanda iştirak edəcəyimiz 5-ci seçki olacaq. Bundan əvvəl biz ölkənizdə keçirilmiş 4 seçkidə iştirak etmişik", - o deyib.

“ORACLE ADVİSORY GROUP”un tərəfdaşı George Birnbaum bildirib ki, seçkiqabağı güman olunan 3 min seçici ilə müsahibələr aparılacaq:

"Müsahibələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda da təşkil ediləcək. 40 ərazidə, 500 seçki məntəqəsində müsahibələr alınacaq. Komandaya 25 nəzarətçi daxildir. 1500 nəfər müsahibə alan şəxs olacaq. Həmçinin seçki günü məntəqəni tərk edən 60 min nəfərdən də müsahibə götürüləcək. Eyni zamanda biz seçki günü hər 3 saatdan bir daxili hesabatlar hazırlayacağıq. Seçki məntəqəsinin bağlanmasından 1 saat sonra isə "exit poll"un nəticələrini elan edəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026