Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:
“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.
...
06:51
Tanınmış idmançı Kamil Zeynallı Rusiyada - Domodedovo aeroportunda saxlanılıb.
Bakıvaxtı.az xəbər bu barədə o,, “Instagram” hesabında məlumat verib.
K.Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını deyib.
"Mənə Ermənistana təhvil veriləcəyimi bildirirlər" deyən Kamil Zeynallı Azərbaycanın dövlət qurumlarından yardım istəyib.
















