• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir

CƏMİYYƏT

16 Oktyabr 2024 | 10:04

Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir

ADA Universitetində “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə reallaşır.

Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

Konfransda dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də tələbələr iştirak edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR