• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda taksi sürücüsünün döyülmə anı - VİDEO

HADİSƏ

12 Sentyabr 2022 | 21:16 | Müəllif: Subhan Mahmudov

Bakıda taksi sürücüsünün döyülmə anı - VİDEO

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir.

Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan “Azsamand” markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar.

Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə anının görüntülərini təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026