• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda temperatur rekordu yeniləndi

CƏMİYYƏT

26 Sentyabr 2022 | 17:23

Bakıda temperatur rekordu yeniləndi

Bakıda 10 il əvvəlki yüksək temperatur rekordu yenilənib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir: "Çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb. Bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026