• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

DİN Bakıda və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yaydı - YENİLƏNİB

HADİSƏ

16 Yanvar 2023 | 10:11

DİN Bakıda və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

 

09:07

Bakıda və Şəkidə məktəblilər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026