• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda yük vaqonu relsdən çıxdı

CƏMİYYƏT

02 May 2023 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yük vaqonu relsdən çıxdı

Bu gün saat 05.30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Verilən məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026