• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda zəncirvari qəza: Xəsarət alan var

HADİSƏ

12 Avqust 2022 | 01:05 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Azadlıq prospektindəki dairədə qeydə alınıb.

Əli Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə dairəyə daxil olub. Həmin maşının sürücüsü ilə parelel olaraq “Kia” markalı nəqliyyat vasitəsi də dairəyə daxil olub. Yol hərəkəti qaydalarını pozan hər 2 sürücü işıqforun qırmızı işığından keçərək “Mercedes” markalı avtomobilə çırpılıb.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi və İdarənin əməkdaşları cəlb edilib. “Kia” markalı maşının sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yol Patrul Xidmətinin əməkdaşları apa-ya bildiriblər ki, “Kia” və “Opel” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozub. Qəzaya uğramış hər 3 avtomobil cərimə meydançasına yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026