• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Polis əməliyyat keçirdi - 27 nəfər saxlanıldı

HADİSƏ

10 Sentyabr 2022 | 12:51

Polis əməliyyat keçirdi - 27 nəfər saxlanıldı

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında son 1 həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı qeyd edilən ərazilərdə satışını təşkil ediblər.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026