• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sumqayıt-Bakı qatarında sərnişinin halı pisləşdi

HADİSƏ

10 Oktyabr 2022 | 09:15

Sumqayıt-Bakı qatarında sərnişinin halı pisləşdi

Bu gün saat 08:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib.

Bakıvaxtı.az xəbər verir, hadisəyə səbəb vaqonlardakı sıxlıq olub.

20-25 yaşlarında olan sərnişinin vəziyyəti haqqında məlumat vermək və ona ilk tibbi yardım etmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb. Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes sinifi vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib.

Həmin vaqonda daha bir sərnişinin isə ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026