• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ata qızının  sevgilisini öldürüb basdırdı - Dəhşətli qətlin təfərraüatı

HADİSƏ

10 Sentyabr 2022 | 12:30

Ata qızının sevgilisini öldürüb basdırdı - Dəhşətli qətlin təfərraüatı

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-si Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti sentyabrın 10-u qəsəbə ərazisindəki məzarlıqdan tapılıb.

Məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər yayılmışdı.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Sabunçu rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.

Bildirilib ki, sentyabrın 06-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026