• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakıya narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTO

CƏMİYYƏT

23 Mart 2023 | 09:12

Bakıya narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTO

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi "Chevrolet" markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Aprel 2024