• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olan 16 nəfər cərimələnib

CƏMİYYƏT

01 Fevral 2022 | 20:45 | Müəllif: Subhan Mahmudov

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olan 16 nəfər cərimələnib

Balakən Rayon Polis  Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrpu məlumat verib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.

Ümumilikdə keçirilən reydlər zamanı 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026