• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Banqladeşdə etiraz aksiyası: 500-ə yaxın məhbus qaçdı

DÜNYA

05 Avqust 2024 | 22:35 | Müəllif: Subhan Mahmudov

Banqladeşdə etiraz aksiyası: 500-ə yaxın məhbus qaçdı

Banqladeşdə bu gün keçirilən etirazlarda azı 110 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Business Standard” qəzeti məlumat yayıb.

Məlumata görə, ən çox qurban Dəkkədə qeydə alınıb – 71 nəfər.

İğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər.

Bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib. İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026