• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir

DÜNYA

04 Sentyabr 2024 | 18:47

Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir

Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.

Türkiyə lideri söyləyib ki, hər iki ölkə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir: “Misirli investorları Türkiyədə gözləyirik. Misirlə enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

Onun sözlərinə görə, Ankara və Qahirənin regional sülh və sabitliyə töhfəsi həyati əhəmiyyətlidir.


SON XƏBƏRLƏR

08 Iyul 2025