“Barselona”nın futbolçusu Pedri zədələnib.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bavariya” ilə matçda (3:0) zədələnib. İspaniyalı oyunçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, “Barselona”nın futbolçularından Jordi Alba da zədəlidir.
















