Məşhur amerikalı radio aparıcısı Co Roqan ABŞ Prezidenti Co Baydenin yalan danışdığını, əslində peyvənd olunmadığını iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, Roqan koronavirusa qarşı peyvəndlərin yan təsirlərə səbəb ola biləcəyini vurğulayıb.
"Düşünürəm ki, ona gücləndirici peyvənd vuracaqlarsa, edəcəkləri son iş onu televiziyada canlı yayımlamaq olar. Bəs huşunu itirsə, ya da ölsə? Çünki belə şeylər insanların başına gələ bilər", - deyə o bildirib.
Co Roqanın qonağı keçmiş MKİ əməkdaşı Mayk Baker də iddianı dəstəkləyib.(axar.az)















