• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı - YENİLƏNİB

DÜNYA

12 Iyul 2023 | 19:59 | Müəllif: Subhan Mahmudov

Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı - YENİLƏNİB

"Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra “Twitter“də yazıb.

“Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular - uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”, - o deyib.

 

18:29

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilir.

Görüşdə dövlət başçıları Ukraynaya uzaqmənzilli raketlərin və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026