• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bütün hərbi komissarlar istefaya göndərildi

DÜNYA

11 Avqust 2023 | 16:15

Bütün hərbi komissarlar istefaya göndərildi

Ukraynanın bütün vilayətlərində hərbi komissarlar istefaya göndərilib.

Bakıvaxtı.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Məlumata görə, onları cəbhədə olmuş, yaxud müxtəlif səbəblərdən səngərdə olmayan hərbçilər əvəzləyəcək.

Volodimir Zelenski bildirib: “Ümumilikdə, 33 şübhə, regional hərbi komissarlar, şəhər, rayon, vilayət hərbi komissarları, başqa vəzifəli şəxslər barəsində artıq 112 cinayət işi var. Qeyd edirəm ki, ordu heç vaxt cinayət cəzasının əvəzi olmayacaq. Rütbələrlə imtiyazları qarışdıran məmurlar heç şübhəsiz mütləq mühakimə olunacaq”.

Onun sözlərinə görə, müxtəlif regionlarda, o cümlədən Donetsk, Poltava, Vinnitsa, Odessada hərbi komissarlıqda sui-istifadə və korrupsiya halları aşkarlanıb.

Qeyd edək ki, avqustun 11-də Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının müşavirəsinin keçirib. Toplantıda Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokuror və başqa rəsmilərin məruzəsi dinlənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026