• Bakı 8° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan sabah Paşinyana xəbərdarlıq edəcək

DÜNYA

10 Sentyabr 2023 | 15:20 | Müəllif: Subhan Mahmudov

Ərdoğan sabah Paşinyana xəbərdarlıq edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə, o, G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar (qondarma prezident seçkiləri - red.) qəbul edilməzdir.

“Bunu Avrupa İttifaqı ölkələri də  qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahki danışığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışırlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026