• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranın Parisdəki səfirliyinə hücum edilib

DÜNYA

10 Sentyabr 2023 | 16:14 | Müəllif: Subhan Mahmudov

İranın Parisdəki səfirliyinə hücum edilib

İranın Fransa paytaxtı Parisdəki səfirliyinə “rejim əleyhdarı qruplara mənsub olan naməlum şəxslər” hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Paris səfirliyinin bəyanatına əsaslanaraq, səfirliyin konsulluq bölməsinin giriş qapısı rejim əleyhinə qruplara mənsub olan naməlum şəxslər tərəfindən yandırılıb.Hücumdan sonra başlayan yanğına yanğınsöndürmə qruplarının müdaxilə etdiyi və yanğının qısa müddətdə söndürüldüyü bildirilib. Yanğında cüzi ziyanın olduğu və hücumdan sonra qaçan təcavüzkarların müəyyən edilərək tutulması üçün Fransa Xarici İşlər Nazirliyi və polis əməkdaşları tərəfindən lazımi işlərin aparıldığı qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026