• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

HƏMAS bu vaxta qədər əsirlər barədə danışıqlar aparmayacaq

DÜNYA

10 Oktyabr 2023 | 16:12

HƏMAS bu vaxta qədər əsirlər barədə danışıqlar aparmayacaq

“HƏMAS döyüşlər başa çatana qədər əsirlərlə bağlı danışıqlar aparmayacaq”.

Bakıvaxtı.az  “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı qruplaşmanın liderlərindən biri İsmail Haniya açıqlayıb. 

“Bütün tərəflərə bildirmişik ki, əsir götürdüyümüz israillilərin məsələsi döyüşlər başa çatana qədər açılmayacaq”, - deyə Haniya qeyd edib. 

Qeyd edək ki, HƏMAS-ın nümayəndəsi Musa Abu-Marzuk oktyabrın 9-u verdiyi açıqlamasında bildirib ki, 130-a yaxın əsirə malikdirlər. Onlar arasında ikili vətəndaşlığa sahib şəxslər də var. 

Onu da xatırladaq ki, Abu-Marzuk daha əvvəl qruplaşmanın İsraillə danışıqlara açıq olduğunu bəyan etmişdi: “Biz məqsədlərimizi yerinə yetirdik. Biz istənilən müzakirələrə və siyasi dialoqa açığıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026