Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, onlar əsgər Jora Karapetyanı intihara vadar etməkdə şübhəli bilinirlər.
İstintaqın ilkin nəticələrinə əsasən, əsgərin intiharına digər hərbçilərin ona qarşı təzyiq göstərmələri səbəb olub.
11:32
Avqustun 10-da Ermənistan Silahlı Qüvvələrinin əsgəri Jora Zöhraboviç Karapetyan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.
















