• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Belçikalı paralimpiyaçı xəstəxanaya yerləşdirildi

İDMAN

02 Sentyabr 2021 | 18:48 | Müəllif: Subhan Mahmudov

Belçikalı paralimpiyaçı xəstəxanaya yerləşdirildi

Belçikalı tennisçi Yoaxim Jerar ürək problemləri səbəbindən çərşənbə günü Yaponiyada Paralimpiya Kəndində xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçikanın Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Sentyabrın 1-də 32 yaşlı idmançı huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılıb və orada özünə gəlib. Tennisçinin ilkin müayinələrinin nəticələrinə əsasən, həkimlər bu qərara gəliblər ki, ürək problemləri onun bayılmasına səbəb ola bilər.

Jerar əlavə müayinə üçün xəstəxanada qalacaq.

Belçikalı dünya üçüncüsüdür və eyni zamanda 2016 Paralimpiya Oyunlarının bürünc medalçısıdır. Hazırkı Tokio Paralimpiadasında yarışmanın üçüncü turunda mübarizədən kənarlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026