• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rəcəbov və Məmmədyarov qələbə qazandı

İDMAN

02 Oktyabr 2021 | 00:18 | Müəllif: Subhan Mahmudov

Rəcəbov və Məmmədyarov qələbə qazandı

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 5-ci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026