• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Boks üzrə dünya çempionatı İstanbulda keçiriləcək

İDMAN

02 Oktyabr 2021 | 15:33 | Müəllif: Subhan Mahmudov

Boks üzrə dünya çempionatı İstanbulda keçiriləcək

Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtı müəyyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Dəqiq tarixlər daha sonra açıqlanacaq.

AİBA prezidenti Umar Kremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: "Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək".

Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026