• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Zirə" "Sumqayıt"a qalib gəldi

İDMAN

01 Oktyabr 2021 | 23:44 | Müəllif: Subhan Mahmudov

"Zirə" "Sumqayıt"a qalib gəldi

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna “Zirə” - “Sumqayıt” oyunu ilə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə “qartallar”ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.

Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Zirə” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 7 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, oktyabrın 2-də turun digər iki oyunu keçiriləcək. “Keşlə” klubu “Sabah”la, “Səbail” komandası “Neftçi” ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR