• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Belqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEO

DÜNYA

14 Mart 2024 | 13:51

Belqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEO

Rusiyanın Belqorod vilayətində, sərhədə yaxın ərazidə Rusiya hərbçiləri ilə Ukrayna diversiya-kəşfiyyat qrupu arasında döyüşlər gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, 30 nəfərdən ibarət Ukrayna diversiya-kəşfiyyat qrupu Rusiya ərazisinə girməyə cəhd edir. Döyüşlər zamanı 12 ukraynalı hərbçi öldürülüb, iki “Bradley” maşını isə məhv edilib.

Qrup Ukraynanın Popovki kəndindən Spodaryuşino kəndinə yaxınlaşıb. Hazırda o istiqamətdə ciddi döyüşlər gedir. Aviasiya qüvvələrinin havaya qaldırıldığı bildirilir.

Həmçinin, Qrayvoron və Kozinka da atəş altındadır.

Eyni zamanda, Belqorod şəhərinə Ukrayna tərəfindən raket hücumları davam edir.

Sosial şəbəkələrdə səhər saatlarında baş verən partlayışların görüntüləri yayılıb. Videoda raketin yola düşməsinin və avtomobilin alovlanmasının görüntüləri əks olunub.

Partlayış nəticəsində avtomobilin sürücüsü ölüb, daha üç nəfər isə yaralanıb.

Şəhər meri hava hücumundan müdafiə sisteminin işə düşdüyünü və səkkiz hava hədəfinin vurulduğunu qeyd edib.

 


Belqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEOBelqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEOBelqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEOBelqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEOBelqorodda şiddətli döyüşlər gedir: FOTO+VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026