• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Beşiktaş" yenə xal itirdi

İDMAN

23 Yanvar 2024 | 23:41 | Müəllif: Subhan Mahmudov

"Beşiktaş" yenə xal itirdi

Futbol üzrə Türkiyə Superliqasının XXII turunda daha üç oyun keçirilib.

 Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər görüşündə də "Beşiktaş" "Adanademirspor"la 0:0 hesablı bərabərliyə razılaşıb. "Pendikspor" isə evdə "Kasımpaşa"nı məğlub edib - 3:2.

Bu nəticələrdən sonra "Beşiktaş" 36 xalla dördüncü, "Adanademirspor" 31 xalla altıncı, "Kasımpaşa" 30 xalla səkkizinci, "Alanyaspor" 26 xalla on ikinci, "Hatayspor" 22 xalla on dördüncü, "Pendikspor" isə 22 xalla on yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026