Hindistanda keçirilən kütləvi toy mərasimində maraqlı olay yaşanıb. Baş verən hadisə hər kəsi şoka salıb.
Bakıvaxtı.az xəbər verir ki, Hindistanın Madhya-Pradeş əyalətinin Aslana kəndində keçirilən kütləvi toy mərasimində elektrik enerjisinin kəsilməsi çaşqınlıq yaradıb. Mərasimin ortasında qəfil qaranlığa qərq olan keşiş toylarının keçiriləcəyini gözləyən iki bacını digər bəylərlə evləndirib. Bacıların evləndikləri kişiləri tanıyıb-tanımadığı açıqlanmasa da, elektrikin gəlməsi ilə hadisə üzə çıxıb.
Toyda iştirak edən qohumlarından biri “The Independent”ə bildirib ki, bacılar yerli adət-ənənələrə uyğun olaraq eyni gəlin paltarını geyinib və üzlərini örtüblər.
Gəlinlərin atası Ramesh Lal da bildirib ki, keşiş qızlarının geyindiyi paltardan çaşmış ola bilər.
Səhv səlahiyyətlilərin müdaxiləsi ilə qısa müddətdə aradan qaldırılıb.
Aytac Aslan
















