Oktyabrın 30-da Biləsuvar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların ikisinin müalicəsi xəstəxanada davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, hadisə zamanı xəsarət alan 12 nəfərdən 10-u evə buraxılıb. Digər iki nəfərin müalicəsi isə davam etdirilir.
Belə ki, hadisə nəticəsində yaralanmış 1979-cu il təvəllüdlü Pirimov Razi Əliməhəmməd oğlu Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Daha bir yaralı, 1994-cü il təvəllüdlü İskəndərov Elmar Marif oğlunun müalicəsi isə rayon xəstəxanasında davam etdirilir və vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, yol qəza hadisəsi ötən gün Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.
10:35
Biləsuvarda mikroavtobus qəzaya uğrayıb.
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə oktyabrın 30-da saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində baş verib.
Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.
Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.



jpg-1669807247.webp)



4jpg-1669796230.webp)







