• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Elektrik yarımstansiyasında yanğın oldu - YENİLƏNİB

HADİSƏ

30 Noyabr 2022 | 12:12

Elektrik yarımstansiyasında yanğın oldu - YENİLƏNİB

Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə görə, yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

11:18

Şəmkirdə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınb. Yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. /APA


SON XƏBƏRLƏR