• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sərhəd pozucularından külli miqdarda narkotik götürüldü

HADİSƏ

30 Dekabr 2022 | 12:03

Sərhəd pozucularından külli miqdarda narkotik götürüldü

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR