• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Billəsuvarda YANĞIN: 79 yaşlı qadın YANARAQ ÖLDÜ

HADİSƏ

20 Dekabr 2022 | 10:37 | Müəllif: Qalib İbrahimoğlu

Billəsuvarda YANĞIN: 79 yaşlı qadın YANARAQ ÖLDÜ

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

***

09:27

Biləsuvarda evdə yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026