• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Göygəldəki qəzada 7 yaşlı qız öldü

HADİSƏ

19 Yanvar 2023 | 09:38

Göygəldəki qəzada 7 yaşlı qız öldü

Ötən gün Göygöl rayonunda baş verən yol qəzasında 7 yaşlı qız ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Opel Vectra" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan 7 yaşlı Ləman Salmanova hadisə yerində ölüb.

Qeyd edək ki, yol qəzasında həmçinin 54 yaşlı Tamaşa Məhərrəmova və 32 yaşlı Səmiyyə Salmanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026