• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Silsilə oğurluqlar edən 5 nəfər saxlanıldı - FOTOLAR

HADİSƏ

17 Fevral 2023 | 15:35

Silsilə oğurluqlar edən 5 nəfər saxlanıldı - FOTOLAR

Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.


Silsilə oğurluqlar edən 5 nəfər saxlanıldı - FOTOLARSilsilə oğurluqlar edən 5 nəfər saxlanıldı - FOTOLARSilsilə oğurluqlar edən 5 nəfər saxlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026