• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xudatda dəhşətli qəza: 3 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

17 Fevral 2023 | 21:45 | Müəllif: Subhan Mahmudov

Xudatda dəhşətli qəza: 3 nəfər öldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

18:55

Xudat şəhərində yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, Gəndab-Yalama yolunun Xudatdan keçən hissəsində “Mersedes” və “Hunday” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü Araz Rzaqulu oğlu Babayev, 1972-ci il təvəllüdlü Cabir Əlirza oglu Əliyev, 1987-ci il təvəlludlü Maqsud Vidadi oğlu Səlimov və 1989-cu il təvəllüdlu Rəfail Ramiz oğlu İdrisov muxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər də ölüb, onların kimliyi dəqiqləşdirilir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026