• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

HADİSƏ

19 Mart 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib.

Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026