• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Tərtərdə 43 yaşlı kişi minaya düşdü - YENİLƏNİB

HADİSƏ

18 Aprel 2023 | 17:59

Tərtərdə 43 yaşlı kişi minaya düşdü - YENİLƏNİB

Aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  - n bildirilib ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

17:33

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026